"Qarabağ"dan ilk rəsmi transfer (FOTO)

"Qarabağ"dan ilk rəsmi transfer (FOTO)
07:51 8 Yanvar 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubu keçmiş futbolçusu Muarem Muaremin keçidini rəsmiləşdirib.

ANS PRESS-in məlumatına görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi makedoniyalı yarımmüdafiəçi ilə 2+6 illik müqavilə imzalandığını bildirib. 27 yaşlı futbolçu artıq hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub. Muarem Muarem yay transfer pəncərəsində Türkiyənin "Eskişehirspor" klubuna transfer olunsa da, cəmi iki ay sonra komandadan ayrılıb.


Muarem Muarem

Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR