Neft azacıq bahalaşdı

Neft azacıq bahalaşdı
08:05 8 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətində yenidən ucuzlaşma müşahidə edilib.
Milli.Az anspress-ə istinadən bildirir ki, ötən gün səhər "Brent" nefti 32.31 dollara düşsə də hazırda dünya bazarlarında "Brent" markalı neftin qiyməti cüzi bahalaşma ilə 33.48 dollara çatıb.

"Texas" markalı neftin qiyməti də cüzi bahalaşıb. Ötən səhər 32.22 dollara düşən "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 34.03 dollara çatıb.

"AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə ötən gün 1.59 dollar ucuzlaşaraq 35,77 dollar təşkil edib.

Qızılın qiymətində də bahalaşma müşahidə edilib. Bu günə olan rəsmi məlumata görə, qiymətli metalın 1 qramı 35,64 dollardır. Gümüşün qiyməti bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edib. Ötən gün Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnə siyasətinə görə, son rəsmi məzənnə belədir: 1 dollar - 1.5626 AZN, 1 avro 1.6913 AZN, 1 rubl 0.0208 AZN.

Həmçinin Azərbaycan Mərkəzi Bankı ötən axşam ABŞ dollarının bu günə (08.01.2016) olan məzənnəsini açıqlayıb. Məlumata görə, 07.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib. Bununla, AMB-nin 08.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR