Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yəmən BMT-nin rəsmi nümayəndəsini qovdu

Yəmən BMT-nin rəsmi nümayəndəsini qovdu

Date: 8 January 2016 08:12

Yəmən hökuməti BMT İnsan Haqları üzrə Ali Komissarı İdarəsinin nümayəndəsini persona non-qrata elan edib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu cür qərarın verilməsinə səbəb diplomatın ölkə haqqında səsləndirdiyi "ədalətsiz ifadələr" olub.

İnsan Haqları üzrə Ali Komissar Zeyd Raad əl Hüseyn dekabrın sonunda BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Yəməndə yaşayış məntəqələrinə və mülki obyektlərə edilən hücumların əksəriyyətinə görə məsuliyyəti Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri daşıyır.

Milli.Az


Tags:  Yəmən BMT-nin rəsmi nümayəndəsini qovdu


RƏYLƏR


Top news