Yaponiya KXDR-ə qarşı sanksiyalar tətbiq edəcək

Yaponiya KXDR-ə qarşı sanksiyalar tətbiq edəcək
08:28 8 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 8 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların gücləndirilməsi təklifi ilə çıxış edəcəyini bildirib.
Yanvarın 7-də parlamentin yuxarı palatasında çıxış edən Ş.Abe KXDR-i hidrogen bombası sınağının keçirilməsi barədə bəyanatına görə kəskin tənqid edib. Baş nazir bu sınağı Yaponiyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib. O, Pxenyanın bu hərəkətini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və nüvə silahının yayılmaması barədə beynəlxalq normaların pozulması kimi şərh edib.
Ş.Abe bəyan edib ki, həmin gün o, ABŞ Prezidenti Barak Obama ilə telefon danışığı zamanı KXDR-in təhdidlərinə qarşı beynəlxalq ictimaiyyətin cavab addımlarına başçılıq etmək barədə razılığa gəlib.
Baş nazir, həmçinin qeyd edib ki, Yaponiya ABŞ, Koreya Respublikası, Çin və Rusiya ilə birlikdə bu problemin həlli üçün qüvvələrin birləşdirilməsinə çalışacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_KXDR_e_qarsi_sanksiyalar_tetbiq_edecek-916820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR