Misirdə təbii qaz kəməri partladıldı

Misirdə təbii qaz kəməri partladıldı
08:31 8 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Misirin şimalında Sinay vilayətinin əl Ariş şəhərindəki Meydan adlı bölgədə təbii qaz əsas boru kəməri partladılıb. ANS PRESS-in məlumatına görə, teraktdan sonra hadisə yerində yanğın başlasa da partlayış nəticəsində ölən olmayıb.

Hadisə barədə açıqlama verən Şimali Sinay qəbilələri baş kordinatoru Naim Cəbr yanğının söndürülməsi istiqamətində iş aparıldığını deyib: “Partlayışdan sonra bölgəyə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb. Hadisə yerinə mülki müdafiə qüvvələri və hərbçilər cəlb olunub. Yanğından müdafiə qüvvələri alovun qarşısını almağa çalışırlar.”



Teraktın məsuliyyətini İŞİD terror qruplaşmasına beyət edən, adını sonradan “Sinay vilayəti” kimi dəyişdirən “Ənsar Beyt əl Maqdis” qruplaşması öz üzəruinə götürüb.

Qruplaşmaya aid twitter səhifəsində əl Ariş şəhərindən keçən təbii qaz əsas boru kəmərinin həmin təşkilat tərəfindən partladıldığı bildirilib.

Rəsmi Qahirə faktla bağlı açıqlama verməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR