Ərdoğan Tehrana xəbərdarlıq etdi

Ərdoğan Tehrana xəbərdarlıq etdi
08:32 8 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə tərəfi İranda prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların dərc edilməsinin dayandırılmasını tələb edib.    
 
"Biz İran dövlət qurumlarına yaxın olan KİV-də prezidentimizin bu günlərdə Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların yayılmasını qətiyyətlə pisləyirik", deyə XİN məlumatında qeyd olunub.
 
Ərdoğan  dekabrın sonunda Səudiyyə Ərəbistanına səfər edib. Yanvarın 2-də Ər Riyadda şiə din xadimi, vaiz Nimr ən-Nimr daxil olmaqla 47 nəfər edam edilib. Bu Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.
 
Qeyd edək ki, Ərdoğanın özü edamların Səudiyyə Ərəbistanının öz daxili işi olduğunu bildirib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR