Liviyanın Ras Anuf neft limanında partlayış nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, terrorçu-kamikadze özünü nəzarət-buraxılış məntəqəsində partladıb. Ölənlər arasında mühafizəçilər və mülki şəxslər var.
Bundan əvvəl, Zliten polis təlim mərkəzində törədilən terror aktı nəticəsində 70 nəfər ölüb, 200-dək insan isə yaralanıb. Partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD terror təşkilatı götürüb.
Milli.Az