Bakıda ər-arvad evdə yanaraq öldülər

Bakıda ər-arvad evdə yanaraq öldülər
08:56 8 Yanvar 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Rayon ərazisindəki çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın səhərə yaxın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR