Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimiz Sloveniyaya qarşı

Millimiz Sloveniyaya qarşı

Date: 8 January 2016 09:05

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda son matçına çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, C qrupunda qərarlaşan yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşacaq. 

Keçirdiyi iki görüşdə 4 xal toplayan Təbriz Həsənovun komandası bu oyundan qalib ayrılacağı təqdirdə qrup lideri olacaq. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turnirin ilk görüşündə Latviya ilə 1:1 bərabərə qalan Azərbaycan millisi daha sonra Bolqarıstana 2:0 hesabı ilə qalib gəlib.

8 yanvar

20:00. Azərbaycan (U-17) - Sloveniya (U-19)
Peterburqski İdman-Konsert Kompleksi.

Milli.Az


Tags:  Millimiz Sloveniyaya qarşı

RƏYLƏR


Top news