Ən ilginc futbolçu zədələnmələri: yataqda...

Ən ilginc futbolçu zədələnmələri:   yataqda...
09:07 8 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə saytlarından biri indiyədək futbolçuların başına gəlmiş və zədələnmələri ilə nəticələnmiş ən ilginc hadisələrin siyahısını hazırlayıb. Fanat.az siyahını təqdim edir.

Alan Vrigt: "Aston Villa" və "Blekbern"in sabiq üzvü Alan Vrigt mindiyi "Ferrari"də qaz pedalına basmağa çalışarkən diz qapağından zədələnmişdi.

Kasey Keller: 4 dəfə Dünya çempionatına qatılan ABŞ yığmasının qapıçısı maşınından qolf taxtasını çıxararkən onu dişinə çırpmışdı. Nəticədə ön dişlərindən bir neçəsi sınmışdı.

Darren Barnard: Bir vaxtlar "Çelsi"də forma geyinən alman futbolçu yalnışlıqla itinin nəcisi üzərindən keçmiş və sürüşərək yerə yıxılmışdı. Bunun nəticəsi olaraq dizindən ağır zədə almışdı.

Stiven Tompson: Bir tətil zamanı dənizdə mindiyi hava şarından yıxılaraq qasığından zədələnmişdi.

Kevin Kile: Kiçik oğlunu yedizdirməyə çalışarkən qaynayan suyu prostat vəzilərinin üzərinə dağıtmışdı. Bu olaydan sonra İngiltərənin "Mirror" Kevin Kileyə "Qaynanmış toplar" ləqəbini vermişdi.

Dav Beasant: 2003-cü ildə vida oyununu keçirən ingilis qapıçının ayağına 1993-cü ildə salat qutusu düşərək zədələmişdi. Nəticədə o, 3 həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Robbi Kin: Sekslə məşğul olan zaman zədələnərək bir müddət oynaya bilməmişdi.

David Seman: "Arsenal"ın əfsanəvi qapıçısı evindi televiziya izlədiyi vaxt pultu götürmək istəyərkən yıxılaraq ayağını qırmışdı.

Leroy Lita: Yuxudan durduqdan sonra yataqda gərnəşərkən sol ayağından zədə almışdı.

David Ceyms: Kompyuter oyunu oynayarkən baş barmağından zədə almış və futbol tarixinin ən ilginc zədələnmələrindən birinə imza atmışdı.

Santyaqo Kanizares: Qolkiper üzünü qırxdıqdan sonra krem qutusunu ayağının üstünə düşürmüş və "DÇ-2012"də İspaniya millisinin formasını geyinə bilməmişdi.

Fanat.az












Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-n-ilginc-futbolcu-zdlnmlri-t46633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR