Bakıda ər-arvad divanda yandılar

Bakıda ər-arvad divanda yandılar
09:17 8 Yanvar 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub. 

Milli.Az FHN-ə istinadən bildirir ki, ümumi sahəsi 60 kv.m olan 3-otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də söndürülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR