"Bu cılız canımla kimə çatım?" - Röya

"Bu cılız canımla kimə çatım?" -  Röya
11:30 8 Yanvar 2016
176 Şou
Ölkə mətbuatı
A- A+

“Doğrudan hər acını daşıyan ürəkdi. Onu qorumaq istərdim. Amma hər insandan eşitdiyim problem məni çökdürür”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan deyib. O, son günlər insanların problemlərinin artmasından şikayətlənib:

“Hər kəsə səbr arzulayıram. Bu cılız canımla kimə yetim, kimə çatım? Bilmirəm... Allahım, sən millətimizi bu ağır sınaqdan tez çıxart”.

Daha sonra Röya Ayxan Zamiq Hüseynovla dostluğundan bəhs edib: “Canım dostlarım, çox ələndik və böyüdük. Bundan sonra nə tapan, nə itirənəm. Zamiq, Allah səni xoşbəxt etsin. Canayaxın 4-5 nəfərsiniz, hər zaman yaxşı olun. Çox adamdan artıq qorxuram. Hər kəsin bir güdən yeri var. O da məndən uzaqdı. Yaxşı ki, varımsınız”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR