"Üzr istədim, səhvimi başa düşdüm və dəyişdim"

"Üzr istədim, səhvimi başa düşdüm və dəyişdim"
10:22 8 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Pepe 2009-cu ildə "Xetafe"nin futbolçusu Xavyer Kaskero ilə arasında baş verən insidenti xatırlayıb. Portuqaliyalı oyunçu məhz bundan sonra xarakterində dəyişiklik yarandığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pepe "Mundo Deportivo" nəşrinə açıqlamasında bu məqamlara toxunub:
""Xetafe" futbolçusu ilə həmin insident karyerama çox təsir göstərdi. Üzr istədim, səhvimi başa düşdüm və dəyişdim. Həmin vaxtdan çox şey öyrənmişəm. Daha sakit olmuşam. Çünki nəticələr haqqında düşünürəm. İndi, həqiqətən də, futboldan həzz alıram. Yaxşı oynadığımı statistika da təsdiqləyir. Hər dəqiqə müdafiəni yaxşı saxlamağa çalışıram".

Qeyd edək ki, Pepe 6 il öncə yerə yıxılan Kaskero ilə top mübarizəsinə davam etmiş və endirdiyi zərbələrdən biri rəqibin dizini zədələmişdi. Bu hərəkətinə görə meydandan qovulan Pepe 10 oyunluq diskvalifikasiya da olunmuşdu. Həmin hadisədən sonra təcrübəli müdafiəçi cəmi 1 qırmızı vərəqə alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR