Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çağatay Ulusoyu görmək istəyən azərbaycanlılar özlərini bu hala saldılar - Video+fotolar

Çağatay Ulusoyu görmək istəyən azərbaycanlılar özlərini bu hala saldılar - Video+fotolar

Date: 8 January 2016 10:45

Çağatay Ulusoy Azərbaycanın paytaxtı Bakıda - Türkiyənin tanınmış aktyoru Çağatay Ulusoy rol aldığı “Delibal” filminin qala gecəsində iştirak etmək üçün Azərbaycana gəlib.

Lent.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində təqdimat mərasimində çıxış edən tanınmış aktyor təəssüratlarını bölüşüb: "Azərbaycanı çox sevirəm. Hazırda burda olduğuma görə şadam. Xəstə olduğum üçün Bakını gəzə bilmədim. Film çəkilişləri maraqlı keçdi, biz çox əyləndik. Tamaşaçıları sevə biləcəkləri sevgi filmi gözləyir".

Ç.Ulusoyla birgə filmdə baş rol alan Leyla Lydia isə yenidən Azərbaycanda qonaq olmaq istədiyini deyib. "Bakını gəzdim, yeməklərinizdən də yedim. Çox gözəl şəhəriniz var. Yeməkləriniz də dadlıdır. Buranı çox sevdim. Yenidən Azərbaycana gəlmək istəyirəm".

Qeyd edək ki, tanınmış aktyorları Nizami Kino Mərkəzində izdihamla qarşılaşıb. Aktyorların azərbaycanlı pərəstişkarları onlarla şəkil çəkdirmək üçün bir-birlərini əziblər. 






Tags:  Cagatay Ulusoy Cagatay Ulusoy Azerbaycana gelib Cagatay Ulusoy Azerbaycanda Cagatay Ulusoy Baki

RƏYLƏR


Top news