Ölkədə spirtli içkilərin taleyi necə olacaq?

Ölkədə spirtli içkilərin taleyi necə olacaq?
10:50 8 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq (22 İyun 2017 17:10)
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejmində çalışacaq (22 İyun 2017 15:07)
Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq (22 İyun 2017 14:55)

Yanvar ayının 1-dən etibarən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" qüvvəyə minib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, yeni qaydaya əsasən, markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Bu da o deməkdir ki, artıq alkoqollu içkilər və tütün məmulatları topdansatış məntəqələrindən plastik kartlarla alınacaq. Mağazalarda isə tütünün pərakəndə satışı istisna olmaqla, spirtli içkilərin alışı plastik kartlarla həyata keçiriləcək.

Yeniliyin tətbiq olunmasına səbəb isə, bu sahədə vergidən yayınma hallarının qarşısının alınmasıdır. Alkoqollu içkilərin və siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələrdən biri hesab edilirdi. Burada əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlı idi. Belə ki, indiyədək mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə qaimə faktura ala bilmirdilər. Bu isə həm topdansatış məntəqələrinin vergidən yayınmasına imkan verirdi, həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradırdı və onların işində problemlərə səbəb olurdu.

Qeyd edək ki, aksiz markası ilə markalanmalı olan alış və satış mallarının istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilər.

Buna görə də 2016-cı ilin yanvarın 1-dən etibarən istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qanunun tələblərinə görə, markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.


Qaydalara əməl etməyənlər cəzalanacaqlar

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Məcəllənin 229.2 bəndində göstərilir ki, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" dedikdə 50 manatlıq məbləğ nəzərdə tutulur.

Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

Ticarət müəssisələri ilə satış firmaları qiymət məsələsində razılığa gələ bilmirlər

Məlum qərardan sonra hazırda paytaxtın bir sıra iri marketlərində spirtli içkilərinin satışının məhdudlaşdırılması halları müşahidə edilir. Əldə etdiyimiz məlumata görə, problemin bir neçə səbəbi var. Onlardan biri xaricdən ölkəyə spirtli içkilər idxal edənlərin və yerli istehsalçıların sənədləri qaydasında deyil. İkincisi isə, dollar bahalaşması səbəbindən malların qiymətinin artması ilə əlaqədar ticarət müəssisələri ilə satış firmaları qiymət məsələsində razılığa gələ bilmirlər. Məhz bu sahədə nağdlaşdırılmanın da aradan götürülməsində məqsəd dövriyyənin leqallaşdırılması ilə bağlıdır. Bu kimi hallar aradan qalxdıqdan sonra mağazalarda spirtli içkilərin satışı kart vasitəsilə həyata keçiriləcək.

"Spirtli içkilərin satışdan yığışdırılması dövriyyənin azalmasına gətirib çıxara bilər"

Maraqlıdır ki, yeni tətbiq olunan qayda vergidən yayınma hallarının qarşısını ala biləcəkmi?

Məsələ ilə bağlı "Qafqazinfo" iqtisadçı ekpert Natiq Cəfərliyə müraciət edib. O qeyd edib ki, bir aydan sonra, fevralın1-də Vergilər Nazirliyi bununla bağlı rəqəmləri açıqlasa, keçən aya nisbətən dövriyyənin necə dəyişdiyini görmək mümkün olar: "Rəqəmlərdə ciddi dəyişiklik olsa, bunun effektivliyindən danışmaq olar. Amma əks proses də baş verə bilər. Düşünürəm ki, bu sahədə tələskənliyə yol verilib. İnsanlar arasında təşviqat aparılmayıb. Bəzi dükanlar spirtli içkiləri satışdan yığışdırırlar. Bu dövriyyənin azalmasına da gətirib çıxarar və təbii olaraq vergilərin də azalması ilə nəticələnər. Bu cür işlər maarifləndirmə proqramları çərçivəsində aparılmalı idi.

Ümumiyyətlə isə, ölkədə pərakəndə satış tamamilə kart üzərindən olmalıdır. Kredit kartı üzərindən alış-veriş artıq dünyada qəbul olunub. Hətta Avropa ölkələrində siz hər hansı alış-verişi nağd etdikdə qəribə baxışlarla rastlaşırsınız. Çünki nağd pul dövriyyədə çox azdır. Amma Azərbaycanda bu sahədə infrastruktur sonuna qədər qurulmayıb. İnsanları maarifləndirmək üçün stimullaşdırıcı proqramlar da həyata keçirilməyib.

Məsələn, 2004-cü ildə Gürcüstanda bir müddət insanları kartla alış-verişə öyrəşdirməkdən ötrü kredit kartı ilə alınan malların çeki avtomatik lotoreya biletinə çevrilirdi. Hər ay həmin çekin nömrəsi ilə uduşlu tirajlar keçirilirdi. Tirajlarda avtomobildən tutmuş ev əşyalarına qədər insanlar udmaq şansı əldən edirdi. Bu da insanlarda stimul yaradırdı. Azərbaycanda da buna bənzər aksiyalara ehtiyac var. Bu həm satıcılar üçün müəyyən vergi güzəştlərinə, həm alıcılar üçün təşviq proqramlarına şərait yaradar. Yeni qaydayla kartla alış-veriş artaraq dövriyyədə rəsmiləşməlidir. Rəsmiləşmiş dövriyyədən də vergilər artmalıdır".

"Plastik kartların istifadəsini stimullaşdırmaq üçün banklar pul qazana bilər"

Hansı kartlarla alışın həyata keçirilməsinə gəlincə isə, ekspert qeyd edib ki, adi plastik kartlarla da alış-veriş etmək mümkündür: "Bəzi dükanlar artıq bunun yolunu da tapıblar. Kassa aparatlarında həmin dükanın sahibinə və ya yaxınına aid olan plastik kart qoyublar. Burada heç bir qanun pozuntusu yoxdur. Əgər hər hansı bir müştəri spirtli içki alırsa, o kart vasitəsilə ödəniş edir. Nağd şəkildə isə pulu vətəndaşdan alırlar. Biznes elə çevik sahədir ki, bu kimi hallara tez alışır. Plastik kartların istifadəsini stimullaşdırmaq üçün banklar bundan pul qazana bilər. Çünki kartların əldə edilməsi üçün müəyyən xidmət haqqı da var. Azərbaycanın indiki durumunda spirtli içki alan şəxsin plastik kartı yoxdursa, əlavə xərc çəkib onu almağı düşünməyəcək.

Qərarın neqativ cəhəti də o olacaq ki, ev şəraitində spirtli içkilərin satışı artacaq. Bu isə zəhərlənmə hallarına, keyfiyyətsiz malların insanlara satılmasına gətirib çıxaracaq. Tək inzibati yollarla belə qərarların cəmiyyətdə oturuşmasına çalışmaq məncə yanlış yoldur. Ancaq cərimələrlə bu məsələnin yerinə oturmağı mümkün olmayacaq".

Onun sözlərinə görə, yalnız spirtli içkilərin kartla satılması təcrübəsi heç bir ölkədə yoxdur: "Bəzi ölkələrdə bununla bağlı yaş məhdudiyyəti var. Məsələn, Amerikada bu yaş həddi 21, Avropa ölkələrində isə 18-dir. Bundan əlavə, vaxt məhdudiyyəti də mövcuddur. Məsələn, Rusiyada axşam saat 22:00-dan sonra spirtli içkilər satılmır. Bəzi ökələrdə isə xüsusiləşdirilmiş dükanlar var. Orada da keyfiyyətə nəzarət edirlər. Yəni məhz dövriyyəyə nəzarət etmək üçün bunu tətbiq edən ölkə yoxdur".

"Plastik kartla alış-veriş dövriyyənin necə olduğunu müəyyənləşdirəcək"

Millət vəkili Vahid Əhmədov da "Qafqazinfo"ya açıqlamasında yeni qaydaların vergidən yayınmanın qarşısını alacağını vurğulayıb: "Müəyyən sexlər var idi ki, orada bu yayınma hallarından istifadə edirdilər. Uçotsuz şəkildə içkini aparıb-gətirirdilər. Bu sahədə hesabat aparmaq çətin idi. İçkilərin hamısı kassadan keçmirdi. İndi isə ancaq plastik kartla alış-veriş olacağı üçün dövriyyənin necə olduğu bilinəcək. Ümumiyyətlə isə, dünyada alış-veriş plastik kartlarla həyata keçirilir. İnsanlar ciblərində heç vaxt nağd pul saxlamırlar. Getdikcə Azərbaycanda da belə olacaq. Son vaxtlar isə insanlar kredit kartları alış-verişi çox edirlər. Bu həm nağdlaşmanı aradan götürür, nağd pul kütləsinin cibdə saxlanılmasına məhduduyyətlər qoyulur. Pul daha çox dövriyyədə olur".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03

Bu gün növbəti buraxılış imtahanları keçirilir

23 İyun 2017 08:01

Formula 1 – Azərbaycan Qran-Prisi başlayır

23 İyun 2017 08:01

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

23 İyun 2017 07:52

SOCAR prezidentinin müşaviri dünyasını dəyişib

23 İyun 2017 07:47

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23 İyun 2017 07:43

Hərbi vertolyot qəzaya uğradı

23 İyun 2017 07:43

İnzagi Albaniya millisini çalışdıra bilər

23 İyun 2017 07:42