FİFA Yozef Blatterin təsis etdiyi mükafatı ləğv edib

FİFA Yozef Blatterin təsis etdiyi mükafatı ləğv edib
10:42 8 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ FİFA 2015-ci ilin ən yaxşı futbolçusunun təltif olunma mərasimində verilən Prezident mukafatını ləğv edib. "Report"un məlumatına görə, buna ali futbol qurumunun keçid dövründə olması səbəb göstərilib. 
Gələn il keçiriləcək mərasimdən etibarən bu praktika bərpa olunacaq. Prezident mukafatı ilk dəfə 2001-ci ildə FİFA-nın sabiq rəhbəri Yozef Blatterin təşəbbüsü ilə təqdim olunub. O vaxtdan mükafata, təşkilat rəhbərinin fikrincə, dünya futbolunun inkişafında ən böyük xidmətləri olanlar sahib çıxıblar. 
Qeyd edək ki, 2015-ci il dekabrın 21-də FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini futbolla bağlı istənilən fəaliyyətdən 8 il müddətinə kənarlaşdırıb. Hazırda ali futbol qurumunda bu səlahiyyətləri müvəqqəti olaraq, Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu yerinə yetirir. Yanvarın 11-də keçiriləcək "Qızıl top" sahibinin mükafatlandırılma mərasimində o, giriş sözlərini söyləyəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-yozef-blatterin-tesis-etdiyi-mukafat-leqv

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR