"Qəbələ"yə 4 qol vuran hücumçu ilin futbolçusu seçilib

"Qəbələ"yə 4 qol vuran hücumçu ilin futbolçusu seçilib
10:47 8 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Qabon millisinin və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq Afrikada 2015-ci ilin ən yaxşı futbolçusu seçilib. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Yaya Ture və "Suonsi"nin hücumçusu Andre Ayyunu qabaqlayıb.
Obameyanq futbolçu karyerası ərzində ilk dəfədir ki, bu mükafata layiq görülür. İlin ən yaxşı baş məşqçisi adını Kot-D`İvuar yığmasının sabiq baş məşqçisi Erve Renar qazanıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya"nın futbolçusu "qırmızı-qaralar"ın qapısından 2 oyuna 4 top keçirib. O, ilk 3 qolu Bakıdakı görüşdə, sonuncusunu isə Dortmundda vurub. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-ye-4-qol-vuran-hucumcu-ilin-futbolcusu-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR