Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Terrorçuluqda şübhəli bilinən iki şəxs saxlanılıb

Terrorçuluqda şübhəli bilinən iki şəxs saxlanılıb

Date: 8 January 2016 10:57

ABŞ-ın Sakramento və Hyuston şəhərlərində İraq vətəndaşı olan iki fələstinli saxlanılıb. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, onlar beynəlxalq terrorçu şəbəkəyə mənsub olmaqda şübhəli bilinirlər.

Məhkəmə sənədlərinə əsasən, həmin şəxslərdən biri 2012, digəri isə 2009-cu ildə ABŞ-a suriyalı qaçqın kimi gəlib. Məlumatlı mənbənin xəbərinə görə, hazırda onların tanış olub-olmaması müəyyənləşdirilir.
 
Sakramentoda həbs edilən 23 yaşlı Avs Məhəmməd Yunis əl Cəyab Suriya ərazisində hərbi əməliyyatlarda iştirakda və hakimiyyət nümayəndələrinə yanlış məlumat verməkdə şübhəli bilinir.

Hyustonda tutulan Ömər Fərəc Səid əl-Hardan isə İŞİD-i maliyyələşdirməkdə ittiham edilir. 

Milli.Az


Tags:  Terrorçuluqda şübhəli bilinən iki şəxs saxlanılıb


RƏYLƏR


Top news