Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
11:01 8 Yanvar 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni ilin ilk zəlzələsi qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademisyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumnata görə, yeraltı təkanlar yanvarın 8-də 04.45-də qeydə alınıb. Zəlzələ Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində baş verib.

Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.


Zəlzələ baş verən ərazi

Sonuncu dəfə zəlzələ 2015-ci il dekabrın 29-da baş vermişdi. Yevlax rayonunda baş verən təkanların maqnitudası 3,2 olub.

Məlumat üçün bildirək ki, dekabr ayında 7 zəlzələ qeydə alınıb. Onlardan sonuncusu ötən gün Xəzər dənizində baş verib. Ümumilikdə bu təkanların əksəriyyəti dənizdə qeydə alınıb.

Dekabrın 18-də Şirvanda, 20-də isə Sabirabadda təkanlar baş verib.

Bunlardan ən güclüsü dekabrın 24-də Xəzərdə baş verib. Yerli vaxtla saat 02:39-də olan zəlzələnin maqnitudası 4,6 olub.

Xoşbəxtlikdən bu zəlzələlər zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR