Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nadir hadisə: göydən iyrənc buz düşdü, qadını yaraladı - FOTO

Nadir hadisə: göydən iyrənc buz düşdü, qadını yaraladı - FOTO

Date: 8 January 2016 11:26

Hindistanda unikal hadisə yaşanıb. Kəndli qadının başına düşən buz parçası onun çiyin sümüyünü sındırıb. Yaşlı qadın təsadüf nəticəsində sağ qalıb.

Milli.Az The Times of İndia-ya istinadən bildirir ki, hadisə Madhya-Pradeş ştatındakı Saqar bölgəsində, Aamkoh kəndində baş verib. Kənd məktəbinin müəllimi Dipak Ceynin dediyinə görə, buz parçası 60 yaşlı Rajrani Qaudun başına düşüb.

"Qadının yaxınlığında idim, aramızda təxminən 6 metr məsafə vardı. Qəflətən gördüm ki, Rajraninin başına futbol topu boyda buz düşür. Qışqırdım, Rajrani qaçmağa başladı. Bu zaman buz onun çiyninə dəydi. Buz parçası evin kandarının yaxınlığına düşdü, taxtaları sındırdı", - D.Ceyn söyləyib.

Hadisə yerinə çağırılmış polis olayı araşdırıb. Bəlli olub ki, Rajrani Qaudun başına düşən buz parçası buzlaşmış pəşov və nəcisdir.

"Bu buz parçası təyyarənin ayaqyolundan düşüb. Təyyarədən atılan tullantılar səmada donur. Təyyarədən düşən pəşov və nəcis yerə yönələndə hər 300 metrdə -2 dərəcə donur və axırda bu tullantı yerə buz parçası kimi düşür", - ekspertlər deyiblər.

Aviasiyada belə murdar tullantıya "mavi buz" deyirlər. Hindistanda indiyədək belə insident yaşanmamışdı. Rajrani Qaud məhkəməyə şikayətlənib. O, təzminat tələb edir.



Tags:  Hindistanda hadise iyrenc buz qadin yaralandi

RƏYLƏR


Top news