Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Partladıcı dolu maşını insanların üstünə sürdü: 6 ölü, xeyli yaralı var

Partladıcı dolu maşını insanların üstünə sürdü: 6 ölü, xeyli yaralı var

Date: 8 January 2016 11:12

Liviyada Ras-Lanuf şəhərində baş verən partlayışda 6 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Report xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında uşaq da var.
Partlayış şəhərin girişində baş verib. Terrorçu-kamikadze partlayıcı ilə dolu bir avtomobillə insanların sıx olduğu əraziyə yaxınlaşaraq, özünü partladıb. Hadisə nəticəsində 40-dan çox insan yaralanıb. Eyni zamanda böyük bir neft çənində yanğın baş verib.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşmasının yaraqlıları üzərinə götürüb.
Xatırladaq ki, İŞİD yaraqlıları dünən Zliten şəhərindəki Polis Akademiyasının yaxınlığında terror hücumu həyata keçirib və hadisə nəticəsində təqribən 70 nəfər dünyasını dəyişib.

Milli.Az


Tags:  Partladıcı dolu maşını insanların üstünə sürdü ölü xeyli yaralı var


RƏYLƏR


Top news