Azərbaycanda mina partlayışı zamanı 11 nəfər yaralanıb, 3 nəfər həlak olub - 2015-ci ildə

11:32 8 Yanvar 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumatda bildirilir.

2015-ci il ərzində 36,335,048 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 24,497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,730,926 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb. Ümumilikdə, 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınıb, 11 nəfər zərər çəkib, 3 nəfər həlak olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR