Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Zakir Həsənov plan təsdiqlədi

Zakir Həsənov plan təsdiqlədi

Date: 8 January 2016 11:31

Silahlı Qüvvələrdə Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma tədbirləri keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunan "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə silsilə tədbirlərin icrası ilə əlaqədar planı təsdiq edib.

Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin təşkili, zabitlər evlərində faciəyə dair tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.


Zakir Həsənov - müdafiə naziri

Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Tags:  Zakir Həsənov plan təsdiqlədi



RƏYLƏR


Top news