Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırma məsələlərinə aydınlıq gətirib

Səhiyyə Nazirliyi özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırma məsələlərinə aydınlıq gətirib

Date: 8 January 2016 11:33

Bakı. İlhamə İsabalayeva – Trend:

Səhiyyə Nazirliyi Prezident İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" imzaladığı fərmandan sonra özəl tibb fəaliyyəti, əczaçılıq sahəsi üzrə lisenziyalaşdırmanın hansı formada həyata keçiriləcəyinə aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, adı çəkilən Fərmanla təsdiq edilmiş "Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na əsasən, özəl tibb fəaliyyəli üçün dövlət rüsumunun məbləği 2250 manat, əczaçılıq fəaliyyəti sahəsində dərman vasitələrinin istehsalı və topdansatışı üçün (ayrı-ayrılıqda) 2250 manat, dərman vasitələrinin pərakəndə satışı üçün 1000 manat, yabanı dərman bitkiləri xammalının yığılması üçün 250 manat müəyyən edilib.

Yeni qaydalara əsasən, lisenziyalar müddətsiz veriləcək. Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab ediləcək, lisenziya sahiblərinin müraciətləri əsasında onlar müddətsiz lisenziyalarla əvəz olunacaq.

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək. Bu zaman sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyətli dövlət orqanının, ekspert və ya mütəxəssislərin rəyi nəzərə alınacaq.

Lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir. Nəzarət orqanı lisenziya sahibinin qanunların tələblərinə və Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etmədiyini aşkarladıqda lisenziyanın dayandırılması məsələsinə baxılır.

Əczaçılıq və özəl tibb fəaliyyəti üçün Naxçıvan Muxlar Respublikasının müvafiq icra hakimiyyəti orqanları da yalnız Muxtar Respublika ərazisində qüvvədə olan lisenziya verə bilərlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Səhiyyə Nazirliyi özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırma məsələlərinə aydınlıq gətirib

RƏYLƏR


Top news