Əcnəbi Tovuzda qəzaya düşdü - FOTO

Əcnəbi Tovuzda qəzaya düşdü - FOTO
11:37 8 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

TTV (Region TV) xəbər verir ki, Bakı-Qazax avtomagistralının 440-cı kilometrliyində, Tovuz rayon ərazisində yol qəzası baş verib. Türkiyə Respublikasına məxsus ağır tonnajlı "Mercedes" markalı yük avtomobili əkin sahəsinə aşıb. Hatay vilayətindən olan 24 yaşlı Bahri Şanverdi hadisə şahidlərinin köməyi ilə TIR-dan çıxarılıb. Qəza zamanı xəsarət alan olmasa da, yol infrastrukturuna ciddi ziyan dəyib. Hadisənin dəqiq səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları araşdıracaqlar.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR