Səfirlik: "Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir"

Səfirlik: "Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir"
11:42 8 Yanvar 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ "Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir".
"Report"un məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər".
Qeyd edək ki, ötən gün Türkiyə KİV 89 ölkəyə, o cümlədən Azərbaycana viza tətbiq edəcəyi haqda xəbər yayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiye-sefirliyi-turkiye-ile-azerbaycan-arasinda-viza-rejiminin-tetbiqi-gozlenilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR