Azərbaycan Beynəlxalq Bankı kart sahiblərinin itkilərini geri ödəyib

Azərbaycan Beynəlxalq Bankı kart sahiblərinin itkilərini geri ödəyib
11:42 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, "üzən məzənnə"yə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, 21 dekabr 2015-ci il tarixinə qədər ABB-nin ödəniş kartları və Banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb və valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-kart-sahiblerinin-itkilerini-geri-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR