Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş

İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş

Date: 8 January 2016 11:47

Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Milli.Az Lent.az-a istinadən bildirir ki, R.Rüstəmov küçəsi bina 4, mənzil 46 ünvanında xüsusi amansızlıqla qətlə yetirilmiş, 1982-ci il təvəllüdlü Abbasov Fərid Vahid oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Dünən meyidi tapılarkən F.Abbasovun əl və ayaqları bağlı olub. Onun üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.
 
O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.
 
Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır. 

Milli.Az


Tags:  İşgəncə öldürülən Bakı sakini sahibkar imiş


RƏYLƏR


Top news