Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qısqanclıq zəminində cinayət törədən şəxsin məhkəməsi başlayıb

Qısqanclıq zəminində cinayət törədən şəxsin məhkəməsi başlayıb

"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı (24 Mart 2017 10:43)
Ər arvadını qətlə yetirib - BAKIDA (24 Mart 2017 10:24)
"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı (24 Mart 2017 10:05)

Tarix: 8 Yanvar 2016 11:54

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini, Maarif Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Baxış iclası yanvarın 11-nə təyin edilib.

 

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsinin Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub.

 

İlkin məlumata görə, Maarif Babayev  hadisəsini qısqanclıq zəminində törətdiyi bildirilir. Belə ki, qeyri-rəsmi yaşadığı qadını Rauf Rzayevlə görüb. Bunu görən Maarif Babayev zərərçəkmiş bıçaqla xəsarət yetirib.

 


Teqlər:  Qısqanclıq zəminində cinayət törədən şəxsin məhkəməsi başlayıb



RƏYLƏR


Top xəbərlər