İki uşaq anası beş dərman içib xəstəxanaya düşdü

İki uşaq anası beş dərman içib xəstəxanaya düşdü
12:05 8 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.az KANAL S-ə (REGİON TV) istinadən xəbər verir ki, Qaxda iki uşaq anası zəhərlənib.

Qax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanvarın 7-si axşam saat 19 radələrində Qax şəhəri Məmmədəli Əmirov küçəsi ev 21 ünvanında yaşayan Aybəniz Rəcəb qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 38 yaşlı qadın hələlik məlum olmayan səbəbdən 5 ədəd dərman içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aybənizə lazımi tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR