Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq

Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq

Date: 8 January 2016 12:07

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyə Azərbaycan və Qazaxıstanla fərqli ticarət müqaviləsi imzalayacaq.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi bununla bağlı "yol xəritəsi" hazırlayıb.
Məlumata əsasən, nazirlik Rusiya ilə ticarətdəki itkilərin yerini "Pereferensial (Üstünlük verilən) ticarət və sərbəst ticarət anlaşmaları" əsasında Azərbaycan və Qazaxıstanla ticarətin həcmini artırmaqla doldurmağı nəzərdə tutub.
Xəbərə görə, bu anlaşma 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, "Pereferensial və Sərbəst Ticarət" anlaşmalarında gömrük rüsumlarının endirilməsinə, kənd təsərrüfatı kimi sahələrə sərmayə qoyuluşunun artılmasına üstünlük verilir. 

Tags:  Türkiyə Rusiya ticarətdəki itkiləri Azərbaycan Qazaxıstan hesabına aradan qaldıracaq

RƏYLƏR


Top news