Beş yeni super ulduz kəşf edilib

Beş yeni super ulduz kəşf edilib
12:09 8 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

 

Astronomlar beş yeni super ulduz kəşf ediblər.

 

Milli Elmlər Akademiyasının ( AMEA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni super ulduzların kəşfi barədə ABŞ-ın Astronomiya Birliyinin Floridanın Kisime şəhərində keçirilən illik konfransında NASA mütəxəssisi Rubab Kan məlumat verib.

 

O, kəşf edilən ulduzların yer kürəsindən 10 min işıq ili uzaqlıqdakı “Carina” ulduzlar çoxluğundakı “Eta Carina” ulduzuna bənzədiyini bildirib.

 

Məlumata görə, yeni kəşf olunan ulduzlardan ikisi 15 milyon işıq ili uzaqlıqdakı “M83” qalaktikasında, digər üçü isə 18 və 26 milyon işıq ili uzaqlıqdakı “NGC 6946” və “M51” qalaktikasında yerləşir. R.Kan “Eta əkizləri” adlandırılan ulduzların “Hubble” ve “Spitzer” kosmik teleskopları istifadə olunmaqla kəşf edildiyini deyib.

Qeyd edək ki, günəşdən 5 milyon dəfə parlaq və 90 dəfə böyük olduğu təxmin edilən “Eta Carina” ulduzunda 1840-cı illərdə şiddətli partlayışlar baş vermişdi. Partlayışlar zamanı ulduz kosmosa Günəşin 10 qatı kütləsində qaz və toz atmışdı.

Super ulduzların kəşfi barədə “Astrophysical Journal Letters” jurnalında da məlumat verilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR