Təhsil mütəxəssisləri və QHT nümayəndələri ADİU-da imtahan sessiyasını izləyiblər

Təhsil mütəxəssisləri və QHT nümayəndələri ADİU-da imtahan sessiyasını izləyiblər
12:09 8 Yanvar 2016
31 Sosial
Ölkə mətbuatı
A- A+

 

İqtisad Universitetində (ADİU) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib.

 

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən ilk görüşdə təhsil mütəxəssisləri və QHT nümayəndələri qış imtahan sessiyasının gedişini izləyiblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil üzrə mütəxəssislər Nadir İsrafilov və Böyükağa Mikayıllıdan ibarət nümayəndə heyəti İqtisad universitetinin bütün tədris binalarında olublar. İmtahan prosesini yaxından izləyən və tələbələrlə söhbət edən müşahidəçilər sonda ADİU-nun rektoru Ədalət Muradovla görüşüblər.

İzləyicilər universitetin innovativ metodlarla idarə olunduğunu və bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğunu bildiriblər. Universitetdə tələbə biliyinin qiymətləndirilməsində yeni mərhələyə qədəm qoyulduğunu müşahidə etdiklərini bildirərək, bu təcrübənin digər ali məktəblərdə də tətbiq olunmasını məqsədəuyğun hesab ediblər.

 

Müşahidəçilər “biliyə düzgün qiymət vermək dövlətə ən böyük xidmətdir” deyərək, həm də ADİU-nun elektron universitetə

çevrilməsinin dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. 500 tələbənin bir saat ərzində imtahan verməsi və elektron apelyasiyanın tələbənin vaxtına qənaət etməsi üçün mühüm amil olduğunu da qeyd ediblər.

Qeyd edək ki, İqtisad Universitetində qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb.

 



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR