"Monex" 15 qalibi mükafatlandırdı

"Monex" 15 qalibi mükafatlandırdı
12:17 8 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin dekabr ayında "Muğanbank" ASC-nin baş ofisində "MONEX" təcili pul köçürmə sistemi çərçivəsində ilin son 3 ayı ərzində aparılmış pul köçürmələri üzrə həyata keçirilən "2015-ci ildə 15 qalib" bonus kampaniyasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə çıxış edən "Muğanbank" ASC-nin Ödəniş sistemləri və Təcili Pul Köçürmələri Departamentinin direktoru Vüsal İbrahimov "MONEX" təcili pul köçürmə sisteminin üstünlükləri haqqında danışmış, sistemin uğurlarını qeyd etmişdir. Vüsal İbrahimov tədbirdə iştirak edən müxtəlif bankların nümayəndələrinə və bonus aksiyasının qaliblərinə "MONEX" sisteminin fəaliyyətinə dəstək olduqlarına görə təşəkkürünü bildirmiş və mövcud yeniliklər barədə məlumat vermişdir. Eyni zamanda "MONEX" sistemi ilə əməkdaşlıq edən banklarda çalışan əməkdaşların xidmətini yüksək qiymətləndirmiş, bu siyahıda hər bankdan bir nəfər olmaqla ən çox əməliyyat həyata keçirmiş 15 bankın əməliyyatçısının mükafata layiq görüldüyünü xatırlatmış və bu aksiyanın davamlı olacağını bildirmişdir.

Sonda qaliblərə qiymətli hədiyyələr təqdim edildi. Belə ki, "2015-ci ildə 15 qalib"də birinci yerə sahib olan bank əməkdaşı "LED TV", ikinci yeri tutmuş əməkdaş noutbuk, üçüncü yerin sahibi isə planşet ilə təltif edilmişdir. "2015-ci ildə 15 qalib"ə daxil olan digər əməkdaşlar isə balansında 100 AZN pul vəsaiti olan "Muğanbank"a məxsus VISA Platinum plastik kartı ilə təltif olundular.

Xatırladaq ki, "Muğanbank" ASC tərəfindən 2011-ci ildə yaradılmış "MONEX" sistemi vasitəsilə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, MDB ölkələri də daxil olmaqla 20-dən artıq ölkəyə, o cümlədən 30000-dən artıq məntəqəyə pul köçürmələri həyata köçürmək mümkündür. Məntəqələr və tariflərlə bağlı ətraflı məlumat www.monexmt.az saytında yerləşdirilmişdir.

Ötən il ərzində "MONEX" sistemi yeniliklərinə əlavə olaraq Azərbaycanda ilk dəfə "Online pul köçürmə" xidmətini də müştərilərinə təqdim etmişdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər banka yaxınlaşmadan www.monexmt.az saytına daxil olaraq "Pul göndər" bölməsindən qeydiyyatdan keçərək və ya qeydiyyatdan keçmədən öz VISA və ya Master Card plastik kartları vasitəsilə Azərbaycanın istənilən bölgəsinə pul vəsaiti göndərə bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR