Məşhur müğənni onu sağaldan həkimini biabır etdi (VİDEO,FOTO)

Məşhur müğənni onu sağaldan həkimini biabır etdi (VİDEO,FOTO)
12:21 8 Yanvar 2016
129 Şou
Ölkə mətbuatı
A- A+

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs həkimini biabır edib.

ANS PRESS-in məlumatına görə, ifaçı müalicə aldığı xəstəxanadan evə buraxılıb. Lakin Tatlısəsin həkiminin media nümayəndələrinə xəbər ötürməsi sənətçini qəzəbləndirib.

O, sosial şəbəkədən həkimi Heydərə öz narazılığı bildirib:

“Heydər həkim biz sənin xəstəxanaya reklam üçün gəlmədik. Siz hər xəstə ilə belə davranırsız? Heydər həkim mən belə şeyləri həmişə heyranlarımdan gizli saxlamışam. Heç vaxt istəmirəm fanatlarım narahat olsunlar. Heydər həkim, xəstəniz İbrahim Tatlısəs olduğu üçün sağa-sola xəbər vermisiz. Sizin əla xəstəxananız var. Sizin açıqlamalarınızdan sonra üç telefonuma da dayanmadan zənglər gəldi. Bir daha Davosa gəlməyəcəm”.

İbrahim Tatlısəs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur kəlməsi ilə nitqini tamamlayıb.


Rəcəb Tayyib Ərdoğan Davosda olan zamanı


İbrahim Tatlısəsin "Twitter" səhifəsi

Ötən gün İbrahim Tatlısəsin vəziyyəti İzmirdə pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Müğənninin vəziyyətinin pisləşməsinə qəbul etdiyi ağrıkəsici səbəb olub.

İzmir Özəl Su Xəstəxanasının baş həkimi Əli Haydar Sucuoğlunun sözlərinə görə, sənətçidə qəbul edilən dərmandan sonra allergik reaksiya başlayıb. "Onun müalicəsinə dərhal başladıq. İndi vəziyyəti yaxşıdır".


İbrahim Tatlısəs - müğənni

2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb.


İbrahim Tatlısə hücum olunan zamanı

İfaçı Almaniyada və Amerikada müalicə kursu keçib. Buna baxmayaraq o hələ də tam sağalmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR