Beynəlxalq Bank müştərilərinə güzəşt etdi

Beynəlxalq Bank müştərilərinə güzəşt etdi
12:21 8 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Bankı kart sahiblərinin itkilərini aradan qaldırdı. “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, müştərilərin maraqlarını əsas tutaraq, manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, üzən məzənnəyə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib.

21 dekabr 2015-ci il tarixinə qədər Beynəlxalq Bankının ödəniş kartları ilə və banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənib.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Belə ki, 1.0558-1.0602 civarında olan dollar ilk gün 1.55 manata kimi bahalaşıb.

2016-cı ilə isə Amerika valyutası 1.5610 manatla başalayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR