​Türkiyədə metroda vaqon aşıb, yaralananlar var

​Türkiyədə metroda vaqon aşıb, yaralananlar var
12:22 8 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin metrosunda "Evka 3-Fahrettin" marşrutu ilə hərəkət edən qatarın vaqonunun aşması nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə yerinə təcili yardım maşınları cəlb edilib.
İnformasiyaya əsasən, depoda yükləmə zamanı konteynerlərdən biri aşıb və vaqona çırpılıb. Nəticədə qəza baş verib. 
Xəbərdə bildirlib ki, vaqondakı bəzi sərnişinlər yaralanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-metroda-vaqon-asib-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR