Türkiyə təkzib etdi - viza olmayacaq

Türkiyə təkzib etdi - viza olmayacaq
12:31 8 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumat verilib.
Səfirlikdən qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur.

"Azərbaycan Respublikasının vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azad olacaqlar".

Xatırladaq ki, Türkiyə mətbuatı ötən gün 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR