Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi - 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb. Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.
Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.