15 minə yaxın əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

15 minə yaxın əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb
12:37 8 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

Milli.Az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması və s. ilə bağlı olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb.
 
Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib. Həmçinin əmək hüquqlarının pozulması hallarına bir daha yol verilməməsi üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb, onlara zəruri metodiki köməkliklər göstərilib.
 
İş yerlərində əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi, işəgötürənlərin bu mövzuda geniş maarifləndirilməsi istiqamətində Xidmət tərəfindən aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi, hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6% azalıb. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb.
 
Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib. Həmçinin əmək hüquqlarının pozulması hallarına bir daha yol verilməməsi üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb, onlara zəruri metodiki köməkliklər göstərilib.
 
İş yerlərində əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi, işəgötürənlərin bu mövzuda geniş maarifləndirilməsi istiqamətində Xidmət tərəfindən aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi, hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6% azalıb.

Mİlli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR