Yağış və külək - Şənbə gününün havası

Yağış və külək - Şənbə gününün havası
12:49 8 Yanvar 2016
43 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə,  gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 şaxta,  gündüz 3-7 dərəcə isti olacaq.

 

Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq doğura bilər. Yanvarın 10-11-də iqlim normasına yaxın temperatur rejimi və meteoloji amillərin normal sutkalıq gedişi meteohəssas  insanlar üçün əlverişlidir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR