Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Con Kerri: "İşlər qaydasında gedərsə, yaxın günlərdə İranla razılaşma qüvvəyə minəcək"

Con Kerri: "İşlər qaydasında gedərsə, yaxın günlərdə İranla razılaşma qüvvəyə minəcək"

Con Kerri özünə yeni iş tapıb (02 Mart 2017 08:37)
Con Kerri özünə yeni iş tapdı (02 Mart 2017 05:53)
İrandan ABŞ-a sərt reaksiya: “Nüvə razılaşmasına yenidən baxılmayacaq” (18 Fevral 2017 01:29)

Tarix: 8 Yanvar 2016 12:52

Bakı. 8 yanvar. REPORT.AZ/ "İşlər qaydasında gedərsə, yaxın günlərdə İranla razılaşma qüvvəyə minəcək".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri ötən il İranla aparılan diplomatik müzakirələrdən danışarkən deyib.
C.Kerri ötən il İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdikləri görüşlərə də toxunub: "Onunla razılaşmanın həyata keçməsi məsələsində danışıqlarımız olub. Məhəmməd Cavad Zərif İranın üzərinə düşən öhdəlikləri sürətlə yerinə yetirmək niyyətində olduğunu söyləyib. İndi razılaşma günü yaxınlaşır. Belə bir vəziyyətdə öhdəliklərimizə əməl etməliyik. Dəqiq tarix deyə bilməsəm də, bunun yaxın günlərdə olacağını düşünürəm".
Onun sözlərinə görə, İran zənginləşdirilmiş uranın böyük bir qisminin ölkədən çıxarıldığını və Rusiyaya məxsus bir gəmi ilə daşınaraq, məhv edildiyini bildirib.
C.Kerri deyib ki, tərəflər bir yandan razılaşmanın şərtlərinin yerinə yetirilməsini, digər tərəfdən isə İranın raket sınaqları kimi fəaliyyətini müşahidə edəcəklər.
Qeyd edək ki, 2015-ci il iyulun 14-də "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələri ilə İran arasında əldə edilən razılaşmaya əsasən, Tehran öz üzərinə bir sıra öhdəliklər götürüb.

Teqlər:  Con Kerri İşlər qaydasında gedərsə yaxın günlərdə İranla razılaşma qüvvəyə minəcək



RƏYLƏR


Top xəbərlər