Çinin maliyyə bazarlarının stabilləşməsi neftin qiymətinin nisbətən bahalaşmasına səbəb olub

Çinin maliyyə bazarlarının stabilləşməsi neftin qiymətinin nisbətən bahalaşmasına səbəb olub
12:53 8 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Çinin malıyyə bazarlarının bu gün bir qədər stabilləşməsi nəticəsində dünya birjalarında neftin qiyməti nisbətən bahalaşıb.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, Çin bazarlarındakı qarışıqlığın təsiri ilə ötən gün “Brent” markalı neftin bir barrelinin qiyməti son 12 ilin ən aşağı səviyyəsinə - 32,20 dollaradək ucuzlaşmışdı. Hazırda isə Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 33,89 dollara, “Brent” nefti isə Londonun İCE birjasında 34,25 dollara satılır.
“CMC Markets”in baş analitiki Rik Sponer deyib ki, Çin faktoru hazırda bütün bazarlara təsir göstərir və buna neftin qiymətləri də daxildir. ABŞ-da isə ehtiyatlar artmaqda davam edir və bu neftin qiymətindəki bahalaşmanın müddəti ilə bağlı təzyiq yaradacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinin_maliyye_bazarlarinin_stabillesmesi_neftin_qiymetinin_nisbeten_bahalasmasina_sebeb_olub-916887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR