Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda siqaret qiymətləri niyə qalxıb? (SƏBƏB)

Azərbaycanda siqaret qiymətləri niyə qalxıb? (SƏBƏB)

Date: 8 January 2016 12:54

8 yanvar, 2016 - siqaretlərin qiymətləri / Bu gündən Azərbaycanda siqaretlər yeni qiymətləriylə satılacaq.

Bu gün ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb. "APA-Economics"in məlumatına görə, tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.

Bu, ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Xatırladaq ki, dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.

Növbəti qiymət artımının siqnalları ötən günün sonunda gəlməyə başlayıb. Belə ki, topdansatış nöqtələrində siqaretin satışı dayandırılmışdı. Gözlənilən baş verdi - qiymətlər təxminən 0,50-0,70 manat artıb.

Siqaretlərin qiymətləri niyə qalxıb?

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan "APA-Economics"ə bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.

Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə "APA-Economics"ə bildiriblər ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır və gün ərzində ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq.

HƏMÇİNİN OXU: Azərbaycanda siqaret qiymətləri yenə qalxdı


Tags:  Azerbaycanda siqaret qiymetleri azerbaycanda siqaretlerin qiymetleri siqaret qiymetleri siqaretlerin qiymetleri 8 yanvar 2016

RƏYLƏR


Top news