Türkiyədə itkin düşmüş azərbaycanlı qadının meyiti tapılıb

Türkiyədə itkin düşmüş azərbaycanlı qadının meyiti tapılıb
13:19 8 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il noyabrın 22-də Türkiyənin Antalya şəhərində itkin düşmüş azərbaycanlı qadının cəsədi tapılıb.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, 45 yaşlı Xatirə Haqverdiyevanın meyiti bu gecə şəhərə gəzintiyə çıxan insanlar tərəfindən Manavqat çayında aşkarlanıb. Bundan bir neçə saat sonra eyni çaydan azərbaycanlı qadınla münasibətləri olduğu deyilən 33 yaşlı Ekrem Dallının meyiti də tapılıb. Hər ikisinin itkin düşməsi ilə bağlı eyni gündə polisə müraciət edilib.Hadisənin cinayət və ya intihar olduğu polis tərəfindən araşdırılır.

 

Xatirə Haqverdiyevanın həyat yoldaşından boşandığı və 5 uşaq anası olduğu bildirilir. Onun uşaqları Azərbaycanda yaşayır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR