Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tarixi Muzeyinə antik bəzək əşyaları verilib

Azərbaycan Tarixi Muzeyinə antik bəzək əşyaları verilib

Date: 8 January 2016 13:22

Bakı. 8 yanvar. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinin fonduna arxeoloji qazıntılar zamanı əldə olunan unikal qızıl və gümüş boyunbağılar daxil olub.
Bu barədə “Report”a muzeyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, XIX əsrə aid qızıl boyunbağı “çəçik” çəkisi 41,4 qramdır. Beş cərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. Boyunbağının cərgələri “balıq”, ay, göy qaşlı ulduzlar, mərkəzində qırmızı qaşlı gül formalar və yumru təsvirli lövhələrdən ibarətdir.
XIX əsrin sonu XX əsrə aid qızıl boyunbağı qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir. Mərkəzində qırmızı qaşlı nəbati təsvirli medalyon var. Çəkisi 24,7 qramdır.
XX əsrə məxsus olan 3-cü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə-medalyon var. Bu boyunbağıya 16,1 qram qızıl işlənib. 



Tags:  Azərbaycan Tarixi Muzeyinə antik bəzək əşyaları verilib

RƏYLƏR


Top news