Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Ağıllı ayaqqabı" da icad edildi - FOTO

"Ağıllı ayaqqabı" da icad edildi - FOTO

Date: 8 January 2016 13:27

Las-Veqasda təşkil olunan CES 2016 sərgisində "ağıllı ayaqqabı" təqdim olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ayaqqabı qış fəslində ayaqları isidir.

"Smartshoes" adlanan ayaqqabı içərisində yerləşdirilmiş sensor sayəsində atdığınız addımların sayını, gün ərzində itirdiyiniz kalorini hesablayır. Ağıllı ayaqqabının "bluetooth"u da var.

Ayaqqabının ön hissəsində kiçik işıqdiodlu fənər yerləşdirilib ki, bu da qaranlıqda yolu görməyə imkan verir. "Smartshoes" modeli enerji ilə naqilsiz stansiyadan təchiz olunur və bir neçə günə kimi işləyə bilir.

Qeyd edək ki, "smartshoes" 2016-cı ilin payızında satışa çıxarılacaq. Ayaqqabı üçün qiymət 450 dollar nəzərdə tutulub.

Bəxtiyar Umarlı

Milli.Az






Tags:  Ağıllı ayaqqabı icad edildi FOTO


RƏYLƏR


Top news