Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqası klubları arasında "CBC Cup" turniri təşkil olunacaq

Azərbaycan Premyer Liqası klubları arasında "CBC Cup" turniri təşkil olunacaq

Çempionlar Liqası həyəcanını bu kanallarda yaşayın (14 Mart 2017 13:05)
"Ağ-qaralar" yubiley arzusunda (25 Fevral 2017 12:27)
Hansı oyun hansı kanalda? (24 Fevral 2017 13:27)

Tarix: 8 Yanvar 2016 13:27

Bakı. 8 yanvar. REPORT.AZ/ Qış toplanışını ölkə daxilində keçirəcək Azərbaycan Premyer Liqasının 5 klubu Bakıda "CBC Cup" turnirində qüvvəsini sınayacaq. Bu barədə "Report"a AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, turnir 6 komandanın iştirakı ilə keçiriləcək. "CBC Cup"da "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Kəpəz" və "Rəvan" klubları çıxış edəcək. 6-cı komandanın kimliyinə isə tezliklə aydınlıq gələcək. Qrup oyunları "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Turnirin final görüşü isə Bakı Olimpiya Stadionunda baş tutacaq. Qalib komandaya kubok təqdim ediləcək.
F.Hüseynov bildirib ki, yanvarın 12-də və ya 13-də start götürəcək turnir yanvarın 24-də yekunlaşacaq. Bütün oyunlar "CBC Sport" vasitəsilə canlı yayımlanacaq. Hakimləri AFFA təyin edəcək. Turnirin dəqiq reqlamenti və başlama vaxtı tezliklə bilinəcək.
Qeyd edək ki, "CBC Cup" turniri AFFA, Peşəkar Futbol Liqası, AZAL klubu və "CBC Sport" telekanalının birgə təşəbbüs və təşkilatçılığı ilə həyata keçiriləcək.

Teqlər:  Azərbaycan Premyer Liqası klubları arasında CBC Cup turniri təşkil olunacaq



RƏYLƏR


Top xəbərlər