Şamaxıda xüsusi əməliyyat keçirilib, silahlı şəxs yaxalanıb

Şamaxıda xüsusi əməliyyat keçirilib, silahlı şəxs yaxalanıb
13:28 8 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şamaxı şəhərində əməliyyat keçirilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, əməliyyat yanvarın 7-də keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan “Brauninq 1900” markalı tapança götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq “TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2478094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR