İdman proqramlarını daha yaxşı izləmək olacaq

İdman proqramlarını daha yaxşı izləmək olacaq
13:32 8 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"İdman-Azərbaycan" televiziyası yeni yayım formatına keçəcək. 

Bu barədə Milli.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Şöbə müdirinin sözlərinə görə, adıçəkilən televiziya kanalı böyük ehtimalla 2016-cı ilin birinci rübündə HD formatında yayımlanmağa başlayacaq.  

Qeyd edək ki, dünəndən etibarən "Azad Azərbaycan" televiziyasının da HD formatında yayımının sınaqlarına başlanıb. Sınaqlar müsbət nəticələnsə, artıq növbəti həftədən etibarən ATV Bakı şəhəri və Abşeron yarımadasında HD formatında yayılacaq.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə "CBC sport" televiziya kanalı HD formatda yayımlanmağa başlayıb.

Qeyd edək ki, HD formatlı televiziya yayımı tamaşaçıya daha keyfiyyətli görüntü izləməyə imkan verir.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR